Humanitar Kollecdə Gənclər Gününə həsr edilmiş konsert keçirildi - FOTO

Humanitar Kollecdə Gənclər Gününə həsr edilmiş konsert keçirildi - FOTO
SOSİAL
12:16 01.02.2025
364
ADMİU nəzdində Humanitar Kollec və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş  konsert proqramı keçirilib.  

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədrinin müavini Sevinc Abdullayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova, pedoqoji kollektiv və tələbələr iştirak edib.

Qonaqlar əvvəlcə Humanitar Kollecin  xalçaçı və  rəssam tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olub. 
Kollecin Akt Zalında baş tutan bayram tədbiri Dövlət Himni səsləndirilməsi ilə açıq elan olunub, bu günün təsisçisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. 

Tədbiri giriş sözü ilə açan  ADMİU nəzdində Humanitar Kollecin direktoru dosent Nərmin Qaralova  əlamətdar gün münasibətilə müstəqil Azərbaycan gənclərini təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Direktor Gənclər Günü barədə Ulu Öndər Heydər  Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə geniş məlumat verərək vurğulayıb ki, bu gün hər sahədə  gənclərə göstərilən qayğı, diqqət göz önündədir: 

"Biz bunu təhsil müəssisəsi olaraq hər zaman hiss edirik. Ümid edirəm,  gənclər onlara yaradılan bu şəraitdən səmərəli istifadə edirlər. Bilirsiniz ki, gənclik insan həyatının ən xüsusi, fərqli bir dövrüdür. Bu dövrdə insan öyrənir, daim inkişaf edir, dünyanı dərk etməyə, özünü tapmağa, mənəvi dəyərlərini, gələcəyini formalaşdırmağa çalışır. Ona görə bu günlərin dəyərini bilmək lazımdır. Qürur hissi ilə qeyd etməliyəm ki, bu gün Humanitar Kollecin tələbələri müxtəlif tədbirlərdə fəal iştirak etməklə mühüm proseslərdə rol oynayır, ölkəmzi xaricdə də layiqincə təmsil etməyə çalışırlar.”

Sonra  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında deyib:
"Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürüdür ki, fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunub və  1997-ci ildən hər il  gənclərimiz bu günü qeyd edir. Sevinc xanım  Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlandığını, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edildiyini sözlərinə əlavə edib." 

Tədbirdə çıxış edən millət vəkili Səbinə Xasayeva və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının  sədrinin müavini Sevinc Abdullayeva ölkədə və Binəqədi  rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb,  gəncləri bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar. Natiqlər gənclərin Azərbaycanın gələcəyi kimi dəyərləndirildiklərini, azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsilin dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə etdiklərini xüsusi vurğulayıblar.  Bildiriblər ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti həm də onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə əldə olunan tarixi qələbəmiz  bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi vətənimizi qorumağa və bu yolda can verməyə daim hazırdır. 

 Konsert proqramının bədii hissəsində ADMİU nəzdində Humanitar Kollecin  musiqiçilərdən ibarət müəllim və tələbə heyətinin ifasında "Məhəbbət”, "Alma atdım nar gəldi”, "You are the reason”, "Flamenko”, "Doğma diyar", Göygöl”, "Həyat sevgisi”,  "Bulaq suyu, dağ havası”, 
"Ritm kompozisiyası", "Şirvan müxəmməsi – Bəhri divani" və "Həyat sevgisi" kimi yerli və xarici bəstəkarların əsərləri səslənib.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?