"Huner Group"dan Silahlı Qüvvələrə möhtəşəm yardım - FOTO

İQTİSADİYYAT
12:54 01.10.2020
936
27 sentyabrdan etibarən öz ərazi bütövlüyü uğrunda haqlı mübarizəsinə başlayan Azərbaycan cəbhə istiqamətində uğurlu nəticələr əldə etməkdədir. Cənab prezidentimizin də dəfələrlə səsləndirdiyi kimi bu, bizim haqq işimizdir və uğrunda mübarizə apardığımız bu şərəfli yolda şübhəsiz ki, zəfər çalacağıq.

Bu qürurlu dönəmdə "Huner Group" milli ordumuza öz dəstəyini göstərmək üçün bütün imkanlarını səfərbər edir. Belə ki, istər könüllü, istər qismən səfərbərlik çərçivəsində şirkətin 20-ə yaxın əməkdaşı artıq Milli Ordumuzun sıralarına qoşulub. 
 
Bununla yanaşı, şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat məbləğində vəsait köçürüb. Həmçinin, ordumuza tibbi yardım göstərilməsi ilə bağlı öz dəstəyini vermək üçün "Huner Group" Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət də edib. Belə ki, mövcud dönəmdə Silahlı Qüvvələrimizin istifadəsi üçün təmənnasız şəkildə bütün növ tibbi ləvazimatlarla təchiz olunmuş təcili yardım avtomobilləri və yüksək ixtisaslı səhiyyə əməkdaşlarından (baş həkim, stomotoloq, endokrinoloq, rentgenoloq, tibb bacıları və s.) ibarət tibbi heyət tam hazırdır. 

Bundan əlavə, 70 000 manat dəyərində müxtəlif növ tibbi ləvazimatlar da təmannasız olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verilib.

Bu çətin və şərəfli yolda vətənin hər qarış torpağı üçün canından keçməyə hazır ordumuza dəstək olmaq hər birimizin vətəndaşlıq və vicdan borcudur. 
Hünərli əsgərlərimizə qələbə arzu edir, onların polad iradəsinə inanırıq. Qarabağ bizimdir, bizim olacaq!
 




OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:30 29.10.2020

Ermənistanın 3-cü ordu korpusunda üsyan

23:46 28.10.2020

Kadırov Makronu sərt tənqid etdi: “Bu mövqeyimə görə vəzifəmi tərk etməyə, həyatımı verməyə hazıram!”

23:34 28.10.2020

İlham Əliyev Türkiyə xalqını təbrik etdi - FOTO

23:28 28.10.2020

İlham Əliyev: “Bu gün baş verənlər Paşinyanın təhlükəli fəaliyyətinin nəticələridir”

23:14 28.10.2020

Qurban Qurbanov: “Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək” - VİDEO

23:07 28.10.2020

XİN rəhbəri İqnasio Kassislə də telefonda danışdı

23:05 28.10.2020

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

22:58 28.10.2020

“Paşinyan sabah deyər ki, ərazilərimizi azad etmək üçün marslıları gətirmişik”

22:50 28.10.2020

“Sabah bu məsələlərin çoxu aydınlaşacaq” - İlham Əliyev

22:30 28.10.2020

Prezident: “Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib”

22:20 28.10.2020

Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"

21:58 28.10.2020

Bərdəyə düşmən hücumu nəticəsində yuxuda olan körpənin özü yaralandı, atası isə öldü - VİDEO

21:39 28.10.2020

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

21:25 28.10.2020

Ermənilərin Bərdəni raket atəşinə tutmasına görə cinayət işi başlandı

21:09 28.10.2020

İlham Əliyev: "Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb"

20:42 28.10.2020

İlham Əliyev İran prezidentinin xüsusi nümayəndəsini qəbul edib