Hüseyn Abdullayevə cinayət işi açılmayıb – Nazirlik təkzib edir

SİYASƏT
12:24 27.06.2013
1585

Vergilər Nazirliyi keçmiş millət vəkili və sahibkar Hüseyn Abdullayevə qarşı vergidən yayınma maddəsi ilə cinayət işinin qaldırılması barədə məlumatı təsdiqləmir.

Nazirliyin mətbuat xidmətindən Turan-a bildirilib ki, bununla bağlı rəsmi məlumat yoxdur, bu barədə yalnız mətbuatda oxuyublar.

Öz növbəsində sabiq deputatın vəkili Kamandar Nəsibov bu barədə danışmaq istəməyib. O “bu mövzuda danışa bilmərəm” deyərək səbəbini açıqlamayıb.

DİN və Baş Prokurorluq da onlarda bu haqda məlumatın olmadığını bildiriblər.

Musiqi ilə məşğul olan H.Abdullayev bu yaxınlarda “Susma” mahnısını yazıb. Mahnını “Şeron” qrupu ifa edib.

OXŞAR XƏBƏRLƏR