Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü

Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
SİYASƏT
21:14 25.06.2026
586
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə olan Burkina Faso Federal Milli Şurasının sədr müavini Tarik Humayt Əl Tahir, Çad Senatının sədr müavini Mbank Hacivoli, Kot-d'İvuar Senatının sədr müavini Sakkoni Torri Sarra, Qvineya-Bisau Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini San Hafote Karamba və Mali Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini Muhammedou Məhəmməd Osmani ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə Milli Məclisin təşkilatçılığı və ev sahibliyi ilə İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğu, burada mühüm məsələlərin müzakirə edildiyi qeyd olunub. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət və həmin müraciətdə yer alan mühüm mesajlar yüksək qiymətləndirilib. Bildirilib ki, bu, Azərbaycanın İslam dəyərlərinə, eləcə də müsəlman ölkələri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə geniş məlumat verib. Eyni zamanda, ölkəmizdə İslam dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələri barədə qonaqlara məlumat verilib.

Görüşdə ölkələr və xalqlar arasında əlaqələrin dərinləşdirilməsində parlamentlərin mühüm rolu vurğulanıb. Həmçinin qanunverici orqanlar arasında münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə, qonaqların təmsil etdikləri parlamentlərlə Azərbaycan Milli Məclisi arasında beynəlxalq parlament təşkilatlarında, o cümlədən Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İƏT Parlament İttifaqı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Qonaqlar İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunması münasibətilə Milli Məclisin sədrini təbrik edib, eyni zamanda Azərbaycanda və paytaxt Bakı şəhərində olduqları müddətdə şahidi olduqları inkişaf və qonaqpərvərliklə bağlı müsbət təəssüratlarını bölüşüblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA