Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
SİYASƏT
21:02 25.06.2026
554
İyunun 22-də Haaqa şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsi üzrə ilk iclas baş tutub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, viza siyasəti, əmək, daxili işlər, ədliyyə və hüquqi yardımın göstərilməsi sahələri üzrə əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə edilib.

Danışıqlarda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Niderland nümayəndə heyətinə isə Niderland Krallığının Xarici İşlər Nazirliyinin Konsulluq və viza məsələləri üzrə idarəsinin rəisi Jeron Roodenburq rəhbərlik edib.

Danışıqlar zamanı tərəflər konsulluq istiqaməti üzrə əlaqələrin inkişaf etdirilməsi məqsədilə ikitərəfli əməkdaşlıq mexanizminin yaradılmasına dair razılıq əldə ediblər.

Eyni zamanda, nümayəndə heyətinin Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüş zamanı iki ölkə arasında miqrasiya, readmissiya və digər əlaqədar sahələr üzrə müzakirələr aparılıb və təcrübə mübadiləsi həyata keçirilib.

23 iyun tarixində nümayəndə heyəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının və Beynəlxalq Miqrasiya Təşkilatının Niderland Krallığında yerləşən ofislərinin rəhbərləri ilə görüşlər keçirib.

24 iyun tarixində nümayəndə heyəti Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının (HCCH) Baş Katibi Kristof Bernaskoni tərəfindən qəbul edilib. Görüş çərçivəsində bu təşkilatın fəaliyyəti barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, Azərbaycan Respublikasının HCCH-in qoşulduğu beynəlxalq konvensiyaların icrasına və təşkilatla ölkəmiz arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA