AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Hüseyn Cavid prospektindən, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısından gedir.
Bir neçə ay ərzində eyni ərazinin 2-ci dəfə təmir üçün bağlanması sakinləri də təəccübləndirib.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, ərazidə işlər mərhələli şəkildə aparılıb. Bir neçə ay əvvəl küçənin ortasında təmir işləri aparılmışdı. İndi sağ və sol hissələr təmir olunur.
O da bildirildi ki, Bakı şəhəri və şəhərətrafı ərazilərdə mart aprel-aylaarı ərzində 37 ünvanda təmir işləri icra olunmuşdu. Hazırda 2-ci mərhələ üzrə paytaxtın 6 rayonu üzrə 24 ünvanda təmir işləri aparılır.











































