Husilər Yəməndə irəliləyirlər: Yeni ərazilər tutuldu

Husilər Yəməndə irəliləyirlər: Yeni ərazilər tutuldu
DÜNYA
01:26 18.11.2026
78
Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" hərəkatı (husilər) ölkənin cənub-qərbində və cənubunda ümumi sahəsi 7 000 kvadratkilometrdən çox olan əraziləri ələ keçirdiyini bəyan edib. Həmin ərazilər əvvəllər beynəlxalq səviyyədə tanınan hökumətin nəzarətində olub.

Bu barədə husilərin nümayəndəsi Yəhya Saria "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, söhbət Taiz və Ləhc əyalətlərində yerləşən 10 rayondan gedir. Həmin ərazilərin ümumi sahəsi təxminən 7 100 kvadratkilometrdir.

Saria əməliyyat zamanı təxminən 60 briqadadan ibarət 12 hərbi birləşmənin darmadağın edildiyini və zərərsizləşdirildiyini iddia edib. Onun bildirdiyinə görə, həmin qüvvələr Səudiyyə Ərəbistanı tərəfindən səfərbər edilib və səudiyyəli zabit Məhəmməd əl-Bəlavinin komandanlığı altında fəaliyyət göstərib.

Oktyabrın əvvəlində Yəmənin Prezident Rəhbərlik Şurasının rəhbəri Rəşad əl-Alimi Səudiyyə Ərəbistanının dəstəyi ilə əməliyyata başlanıldığını elan etmişdi. Əməliyyatın məqsədi 2014-cü ildə husilərin ələ keçirdiyi ərazilərdə, o cümlədən paytaxt Sənada beynəlxalq səviyyədə tanınan hökumətin hakimiyyətini bərpa etmək idi.

Lakin hökumətyönlü qüvvələr bunun əksinə olaraq daha çox ərazi itiriblər. İtirilən ərazilər arasında Qırmızı dəniz sahilində və Bab əl-Məndəb boğazının yaxınlığında yerləşən yaşayış məntəqələri də var.

///oxu.az
OXŞAR XƏBƏRLƏR