"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, 6 binanın ümumi həyətindəki oturacaqlar, söhbətgahlar sökülüb, asfalt qatı təmir adı ilə dağıdılıb. Sakinlərə vəd verilib ki, həyət 3 aya abadlaşdırılacaq. Ancaq, həyət nə abadlaşdırılıb, nə də bura tökülən köhnə tikinti matrealları yığışdırılıb.
"Sakinlərin şikayətinə aydınlıq gətirmək məqsədilə 104 saylı Mənzil-Kommunal İstismar Sahəsinə yaxınlaşdıq. Lakin bizə bildirildi ki, qurumun rəisi iclasdadır.
Suraxanı Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədovla isə telefon əlaqəsi saxladıq. Mais Məmmədov bildirdi ki, Hafis Quliyev küçəsində aparılan abadlıq işlərinin üç ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.
O qeyd etdi ki, altı binanın çıxışının olduğu ərazidə yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi səbəbindən təmir işlərində gecikmələr yaranıb.











































