“I Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət” adlı Beynəlxalq Elmi konfrans keçiriləcək

GƏNCLİK
00:01 21.11.2012
2175
Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes inzibatçılığı fakültəsinin təşkilatçılığı ilə 23-25 noyabr tarixlərində Bakıda Beynəlxalq Elmi konfrans keçiriləcək. “I Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət” adlı Beynəlxalq Elmi konfrans Azərbaycanda, eləcə də Qafqazda ilk dəfədir ki, keçirilir. Bu missiyanı öz fəaliyyətinin prioritet istiqaməti olaraq seçən fakültə bundan sonra da biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsində beynəlxalq konfransın davamlı təşkilinə qərar vermişdir.Konfransın məqsədi dünyada biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsində tədqiqat aparan alim və mütəxəssisləri, həmçinin iqtisadçı ekspertləri bir araya gətirərək bu sahələrdəki yenilikləri müzakirə edib, təkmilləşdirmək üçün metodoloji dəstəyin təmin edilməsi və bu mövzuda müasir problemlərin həlli yolları istiqamətində tövsiyyələr verməkdir. Konfransın əsas mövzusu da qloballaşan dünyada biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsindəki yeniliklər və müasir problemlərdir.Konfransın açılış mərasimi 23 noyabr tarixində, saat 11.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında, böyük akt zalında keçiriləcək. Daha sonra konfrans öz işini Novxanı qəsəbəsində yerləşən “Olimpik otel”də davam etdirəcək. Konfransda 30-a yaxın ölkədən 150 elm xadimi – professorlar, tədqiqatçılar, müəllimlər, o cümlədən universitet rektorları iştirak edəcək; elmi məruzələr dinləniləcək, müzakirələr keçiriləcək. Konfrans haqqında daha geniş məlumat (www.bacsr.az) saytında öz əksini tapıb.Onu da deyək ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkədə bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq aparılan islahatlar nəticəsində yaradılan Biznes inzibatçılığı fakültəsi 1992-ci ildən fəaliyyət göstərir. Və bu müddət ərzində fakültə öz zəngin maddi-texniki, elmi bazası ilə dünyada, xüsusilə də Azərbaycanda biznes inzibatçılığı elminin inkişafı və biznes strukturları üçün müasir kadrların hazırlanması istiqamətindəki fəaliyyəti ilə seçilib. Əlavə məlumat almaq üçün Biznes inzibatçılığı fakültəsinə və Konfransın Təşkilat komitəsinə müraciət edə bilərsiniz:

OXŞAR XƏBƏRLƏR