Azərbaycanın İlk Gənclər Klubu – IB Club 29 Yanvar tarixində keçirilmiş “IB Gənclər Məclisi – Sənin vitaminin” tədbirindən sonra, ilin ikinci məclisini həyata keçirməyə hazırlaşır.
Layihənin məqsədi Azərbaycanda gənclər arasında yeni mədəniyyətin yaradılması və uğurlu gəncləri tanıtmaqla gənclər sektoruna töhfə verməkdir. “IB Club”-un mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, “Vita1000” meyvə şirələrinin baş sponsorluğu ilə keçiriləcək “IB Gənclər Məclisi” layihəsi quruluş baxımından ötən Məclisdən çox fərqli olacaq. Gənclərin və gənc ruhlu şəxslərin uğurlarını, kəşflərini, yeniliklərini deyə biləcəkləri bir məclis yaradılmaqla, qurumun fəaliyyəti çərçivəsində fikir mübadiləsi, təqdimatlar və digər tədbirlər baş tutacaq. Tədbirə 200 Gəncin iştirakıyla bərabər, müxtəlif şirkət rəhbərləri xüsusi dəvətnamələrlə qatıla biləcəklər..
Qeyd edək ki, sözügedən layihə May ayının 13-də “Beynəlxalq Ticarət Mərkəzində (ITC)” reallaşdırılacaq.
Layihənin baş Sponsoru “Vita1000” şirələri, Layihənin sponsorları “Petkim”, “Pierre Cardin”, “Alma Store”, “TUSİAB”, “Bizim Tarla”, “LIB” dil dərsləri, “Desperado” musiqi məktəbi, “Vinni” və “Velorent”.