'IB Gənclər Məclisi' baş tutdu - FOTOLAR

GƏNCLİK
17:37 31.01.2012
2657

1 aydan çoxdur bütün sosial şəbəkələrdə və xəbər portallarında elanları gedən "IB Gənclər Məclisi" nəhayət ki baş tutdu.

"Vita1000" meyvə şirələrinin baş sponsorluğu ilə Azərbaycanın İlk Gənclər Klubu olan "IB Club" Tərəfindən təşkil olunan "IB Gənclər Məclisi" 2 Fevral Gənclər gününə həsr olunmuşdu. Hava şəraitinin yaxşı olmamasına baxmayaraq Gənclər bu Məclisə iştirak etməkdən çəkinmədilər.

"IB Gənclər Məclisi" Yenilikçi, uğurlu və Fərqli gənclərin öz bacarıqlarını və kəşflərini insanlarla bölüşdüyü məkanıdır. Bu Məclisdə heç kimin tanımadığı ancaq kiçik bir uğurla həyatına rəng qatmış Gənclər çıxış edirdi.

Layihənin rəhbəri Murad Seyidovun verdiyi məlumata görə çıxışlar Psixoloji, öyrədici, motivasiya edici və həmçinin də gəncləri düşünməyə vadar edən çıxışlardan təşkil olunmuşdu.Məclisdəki 15 Spikerin çıxışı 200 nəfərlik Auditoriya tərəfindən böyük maraqla qarşılandı. Buna səbəb isə çıxışçıların mövzularının Fərqliliyi, aktuallığı və motivasiya doluluğu idi.

Məclisin Sponsorları: Petkim, Bizim Tarla, Delta Group, NANO mağazalar şəbəkəsi, Desperado Musiqi Məktəbi, Life Studio, Cest Bon, LIB Dil dərsləri.

İnformasiya dəstəyi:inkisafmerkezi.az,azxeber.com,resurs.az

Xatırladaq ki, "IB Gənclər Məclisi - Sənin Vitaminin" 29 Yanvar 2012-ci ildə keçirilib.

"IB Club" gənclərin inkişaf mərkəzidir.

OXŞAR XƏBƏRLƏR