IBA Tech Akademiyasına daha iki proqram üzrə qəbul başlandı

IBA Tech Akademiyasına daha iki proqram üzrə qəbul başlandı
İQTİSADİYYAT
14:50 24.01.2020
6535
Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyası "Data Analitikası”, "Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətləri üzrə yeni qəbul proqramını elan edib. Bu proqramların hər biri üzrə Akademiyaya 25 tələbə qəbul olunacaq. Onlar 3 ay müddətində intensiv bootcamp kurslarında iştirak edərək müvafiq istiqamətlərdə proqramlaşdırma biliklərinə yiyələnəcəklər.

Ölkəmizin əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacı nəzərə alaraq yaradılmış IBA Tech Akademiyasının yeni qəbul proqramı üçün məhz "Data Analitikası”, eləcə də "Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətlərinin seçilməsi təsadüfi deyil. Data analitikası və kibertəhlükəsizlik məsələləri hazırda bütün dünyada getdikcə aktuallaşır. Bu sahənin peşəkar mütəxəssislərinə həm ölkəmizdə, həm də qlobal əmək bazarında tələbat artır. IBA Tech Akademiyasında bu sahələr üzrə bilik və bacarıqlara yiyələnən tələbələr özlərinə qısa müddətdə uğurlu karyera qura biləcəklər.

Bu istiqamətlər üzrə Akademiyaya qəbul olunmaq istəyən şəxslər 24 yanvardan 29 fevraladək Akademiyanın rəsmi Facebook və internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə martın 14-dən başlayaraq 3 ay davam edəcək.

IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat imkanları təmin edilir.

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Ötən ilin sentyabrında fəaliyyətə başlayan IBA Tech Akademiyasına ilk proqram üzrə qəbul olunmuş tələbələrin 90%-i təlim kurslarını uğurla başa çatdırıb. Onların 60%-i çox yüksək nəticələr göstərib. IBA Tech Akademiyasının ilk məzunlarından 50 nəfəri ixtisas istiqamətləri üzrə müxtəlif qurumlarda işlə təmin olunub. Məzunların qalan hissəsi isə əvvəldən ayrı-ayrı yerlərdə çalışan şəxslər və ali məktəb tələbələridir.

Qeyd edək ki, hazırda IBA Tech Akademiyasına Backend və Mobile Development proqramlarına qəbul üçün onlayn ərizə göndərmiş namizədlər arasından da seçim prosesi gedir. Həmin proqramlara qəbul olunmuş tələbələr fevralın 3-dən dərslərə başlayacaqlar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu həftə hansı bürcləri yeniliklər gözləyir?
16:51 11.11.2026
Bu həftə hansı bürcləri yeniliklər gözləyir?
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
16:38 11.11.2026
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
Qax sakinləri bu problemlərdən ŞİKAYƏTÇİDİR - İcra Hakimiyyətindən AÇIQLAMA
16:37 11.11.2026
Qax sakinləri bu problemlərdən ŞİKAYƏTÇİDİR - İcra Hakimiyyətindən AÇIQLAMA
Diplom var, iş yoxdur - Təhsil sistemində nə dəyişməlidir?
16:35 11.11.2026
Diplom var, iş yoxdur - Təhsil sistemində nə dəyişməlidir?
COP31-də QDF-in sifarişi ilə çəkilən “Ölümcül Miras” sənədli filmi nümayiş olunub
16:23 11.11.2026
COP31-də QDF-in sifarişi ilə çəkilən “Ölümcül Miras” sənədli filmi nümayiş olunub
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
16:13 11.11.2026
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Bizim açıq deyim ki, adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur" - Deputat
16:11 11.11.2026
"Bizim açıq deyim ki, adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur" - Deputat
Soyuq havalarda Azərbaycanda hara getmək olar?
16:05 11.11.2026
Soyuq havalarda Azərbaycanda hara getmək olar?
“900 manat maaş alır, sistemdə 400 manat göstərilir” – İşçiləri hansı təhlükə gözləyir?
15:36 11.11.2026
“900 manat maaş alır, sistemdə 400 manat göstərilir” – İşçiləri hansı təhlükə gözləyir?
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
15:34 11.11.2026
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Prezident COP31-in Liderlər Sammitində iştirak edir - FOTOLAR
15:20 11.11.2026
Prezident COP31-in Liderlər Sammitində iştirak edir - FOTOLAR
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
15:16 11.11.2026
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
İlham Əliyevlə Ərdoğanın səmimi - FOTOLARI
15:06 11.11.2026
İlham Əliyevlə Ərdoğanın səmimi - FOTOLARI
Əbu-Dabi danışıqları müharibənin taleyini dəyişəcək? - AÇIQLAMA
15:04 11.11.2026
Əbu-Dabi danışıqları müharibənin taleyini dəyişəcək? - AÇIQLAMA
Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
15:01 11.11.2026
Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
İtaliyada 100-dən çox məktəbdə bomba həyəcanı: Təxliyə başladı
14:59 11.11.2026
İtaliyada 100-dən çox məktəbdə bomba həyəcanı: Təxliyə başladı