İbrahim Məmmədov: “Prezident əhaliyə dəyən zərərin minimallaşdırılması üçün tapşırıq verib”

SOSİAL
12:09 02.04.2020
202
"Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, lakin krediti olan müştərilərin vəziyyəti yaxşılaşırkən, banka əmanət qoyanların və bankların vəziyyəti pisləşdirməməlidir: "Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalıyıq. Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə təsdiqlənəcək”.

OXŞAR XƏBƏRLƏR