İbrahim Məmmədov: "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz"

İbrahim Məmmədov: "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz"
SOSİAL
23:16 08.04.2020
1779
"Xarici istehsalçılar tibbi maskanı baha satır. Yerli idxalçılar da onlardan məhsulu baha alaraq ölkəyə gətirir və satışa çıxarır". 
 
İ.Məmmədov onu da bildirib ki, bu günlərdə Sumqayıtda maska istehsalı müəssisəsinin istifadəyə verilməsi maska satışında möhtəkirlik hallarının qarşısını alıb: "Tibbi maskanı satmayaraq gizlədən və baha satmağa çalışan şəxslər var idi. Artıq onların bazarı bağlanıb. "Bakı Tekstil Fabriki" MMC-yə məxus maska istehsalı müəssisəsi hazırda hər gün 120 min maska istehsal edir. Müəssisənin tam gücü ilə işə düşməsi üçün müəyyən müddət lazımdır. Amma bu gün ölkədə 5 milyon maska ehtiyatı var".

Qeyd edək ki, hazırda hər gün ölkənin apteklərinə 450 min maska paylanılır. 
OXŞAR XƏBƏRLƏR