Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs gənc sevgilisindən ayrılması haqda gəzən xəbərlərə aydınlıq gətirib.
AZXEBER.COM "Haberglobal”a istinadən xəbər verir ki, o özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakayadan ayrılmadığını deyib.
Tanınmış müğənni bu barədə Türkiyə telekanalında yayımlanan "İbo Show” proqramında danışıb.
Müğənni bildirib ki, yayılan bütün xəbərlər yalandır və sevgilisi ona yaxşı baxır, ayrılıq deyə bir məqam yoxdur.
Mikayıl Mirzəzadə