"İbrahim Tatlısəsdən nəyim əskikdir?" - Cavanşir Məmmədov

MAQAZİN
22:05 11.01.2020
8180
Əməkdar artist Cavanşir Məmmədov "Gündən günə" verilişində qonaq olub.
 
Müğənni proqramda avtomobillərindən danışıb:

"İnsanları çaşdırmayın. Atam Əməkdar artist idi, 40-cı illərdə musiqiçilər içərisində ilk maşın onda olub. Avtomobil həvəsi mənə atadan keçib. İdmançı olmuşam, "Neftçi"nin qapısını qorumuşam. Qolum sındı, davam etmək çətinləşdi. Kolleksiya yığmıram. Bu günə kimi 67 ədəd maşın alıb, satmışam. İki avtomobilim var, birini oğlum, digərini özüm sürürəm. 46 il sənətdə olan adam üçün normaldır.

İbrahim Tatlısəsin təyyarəsi var. Ondan nəyimiz əskikdir? Bizim də ölkəmiz inkişaf edir. Maşınları bizə bağışlamırlar. Alnımızın təri ilə qazanıb almışıq".
 
///Lent.az 

OXŞAR XƏBƏRLƏR