İçəri Şəhərdə avtomobillər üçün yeni hərəkət qaydası tətbiq ediləcək

İçəri Şəhərdə avtomobillər üçün yeni hərəkət qaydası tətbiq ediləcək
Bütün Xəbərlər
11:25 15.11.2013
705

Son illərdə aparılan restavrasiya və abadlıq-quruculuq işlərinin nəticəsində İçəri Şəhərə olan maraq daha da artıb.

AZXEBER.COM xəbər verir ki, maraq artsa da qoruq ərazisində yaşayan sakinlər, çalışan qurumlar, çoxsaylı yerli və xarici qonaqlar üçün İçəri Şəhərin əsas problemlərdən biri avtomobillərin hərəkəti ilə bağlı olub.Bununla əlaqədar olaraq nəqliyyat vasitələri hərəkət edən küçələrin bərpası, yol örtüyünün əsaslı təmiri istiqamətində idarə tərəfindən mühüm işlər görülüb. Belə ki, problemin aradan qaldırılması məqsədilə idarə tərəfindən 1 noyabr tarixindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində test rejimində avtomobillərin birtərəfli hərəkətinə keçid həyata keçirilib. Artıq keçən müddətdə yeni hərəkət qaydası öz müsbət nəticəsini göstərərək, yaranan tıxacların sayı azalmağa başlayıb.İçəri Şəhərdə birtərəfli avtomobil hərəkətinin test rejimi bu ilin dekabr ayının 1-dək davam edəcək. Həmin tarixdən isə yeni hərəkət qaydası artıq daimi olaraq qüvvəyə minəcək. Keçid prosesinin sakinlər və qonaqlar üçün asanlaşdırılması məqsədilə İçəri Şəhərin girişlərində daxil olan bütün nəqliyyat vasitələrinin sürücülərinə Azərbaycan və İngilis dillərində hərəkət istiqamətini göstərən xüsusi xəritəli bukletlər paylanacaq.İdarədən bildirilir ki, 1 dekabr tarixindən müəyyən edilmiş hərəkət qaydalarına riayət etməyənlərə qarşı müvafiq tədbirlər görüləcək.

OXŞAR XƏBƏRLƏR