“İçərişəhər” İdarəsinin aparat rəhbəri: “Müxalif qüvvələrin bu təxribatları keçməyəcək”

“İçərişəhər” İdarəsinin aparat rəhbəri: “Müxalif qüvvələrin bu təxribatları keçməyəcək”
SOSİAL
12:32 26.04.2019
6950
İçərişəhərin Kiçik Qala küçəsində yaxın ərazidə yerləşən iaşə obyektləri 10 ildir fəaliyyət göstərir.

ONA-nın xəbərinə görə, bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, idarə dövlət mülkiyyətində olan bu obyektlərin köhnəlməsini nəzərə alaraq idarə, təmir edilməsi qərarına gəlib: "Həmin restoranlar sökülərək metal və şüşə konstruksiyalardan tikilir. Həmin layihə yay aylarında bitəcək. İşlər "Manqal”, "Sehrli təndir” restoranlarını əhatə edir. Həmin restoranların köhnə divar rekonstruksiyaları yeniləri ilə əvəz edilir. Tikinti işlərinin bitməsinə az qalıb”. 
R.Qasımov qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər təxribat xarakterli məlumatdır: "Müxalif qüvvələrin hər zaman ölkəmizdə keçirilən nəhəng yarışlardan bir neçə gün öncə bu cür təxribatlar edir. Biz hamımız bilirik ki, yaradılandan 20-22 il ərzində idarə ölkə başçısının və birinci vitse-prezindetin qayğısı nəticəsində nə qədər abidəni bərpa edib. Müxalif qüvvələr bu abadlığı görmür və təxribat törədirlər. Kimlərinsə marağındadır ki, qoruqdakı yenilikləri söküntü kimi qələmə versin. Bu təxribatlar keçməyəcək. Kimlərsə istəyir ki, onlara diqqət göstərilsin. Bu fotoları birinci təqdim edən insan hüquqşünasdır, mən özüm də hüquqşünasam. Ona üzümü tutub demək istəyirdim ki, İçərişəhər haqqında sənədləri oxusun, görsün ki, İçərişəhər harada başlayır, harada bitir. O, təkliflər vermək istəyəndə, bizi savadsız göstərmək istəyəndə özü dediyi məlumatları əsaslandırmalıdır”.

R.Qasımov bildirib ki, sosial şəbəkədə yayılan qala divarlarına aid fotolar 2011-ci ilə aiddir: "İdarə təzə yaradılan zamanı biz qərara almışdıq ki, qala divarlarının sovetlərdən əvvəlki görkəmini bərpa edək. 1954-cü ildə burada guya restavrasiya işləri aparılıb. Erməni memar tərəfindən həmin bürc ləğv edilib. Ləğv edilən bürc 2011-ci ildə bərpa edilib. Biz çox şadıq ki, o vaxt ölkə başçısı tərəfindən bu təklif qəbul edildi və bir il ərzində tikildi. Həmin şəkil 2012-ci ildə tikilib. Ayıb olsun o şəxslərə ki, bu şəkilləri paylaşırlar. Bəlkə də xarici turistlər İçərişəhəri yerli sakinlərdən daha çox ziyarət edir. Həmin şəkilləri paylaşanlar sübut edirlər ki, ən azı 8 il İçərişəhərdə olmayıblar”.

R.Qasımov əlavə edib ki, restoranlar olan ərazilərdə çirkab suların axması problemi tam həll olunub: "Obyektlər təxminən 1 metr aralıda tikilib. Ara məsafəsində görə qala divarlarına həm nəmişlik olmayacaq, həm də şüşə konstruksiya sayəsində qala divarları görünə biləcək. Bu restoranlar artıq İçərişəhərdə abidəyə çevrilib, İçərişəhərin tərkib hissəsi olub. Yeni dizaynda onlar daha keyfiyyətli şəkildə vətəndaşların xidmətinə veriləcək. Mən hesab edirəm ki, restoranlar orada normal fəaliyyəti göstərirsə, onların ləğv edilməsi məqsədəuyğun deyil. Bu, nə dövlətin, nə də idarənin məqsədidir. Oradakı beton platforma heç bir halda qalaya zərər vermir. Biz bu quraşdırma işləri zamanı mütəxəssislərin fikirlərini öyrənmişik. Əgər gələcəkdə nəsə təhlükə olsa, biz yenidən mütəxəssisləri dəvət edəcəyik. Hazırkı konstruksiyalar bütövlükdə Qalanın görünüşünü də qoruyur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
18:46 14.07.2026
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
18:31 14.07.2026
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
18:15 14.07.2026
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
18:11 14.07.2026
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
17:55 14.07.2026
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
17:50 14.07.2026
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
17:36 14.07.2026
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
17:22 14.07.2026
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
17:16 14.07.2026
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
17:07 14.07.2026
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
17:01 14.07.2026
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
16:45 14.07.2026
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
16:44 14.07.2026
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
16:21 14.07.2026
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
16:06 14.07.2026
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı
16:03 14.07.2026
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı