İçərişəhərdə nə kimi işlər görülüb?

İçərişəhərdə nə kimi işlər görülüb?
Bütün Xəbərlər
11:50 10.04.2013
933
"Turistlərin İçərişəhərdə cəlb edilməsi və onların burada özlərini rahat hiss etmələri üçün müvafiq infrastruktur qurulmalı idi və bu sahədə artıq xeyli iş görülmüşdür". Bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov deyib.O deyib ki, İçəri şəhərdə turizm məlumat mərkəzi yaradılıb, Qoruq ərazisində 4 informasiya köşkü quraşdırılıb, turizm marşrutları müəyyən edilib, turistlər üçün Azərbaycan və 4 xarici dildə bələdçilik xidməti təşkil olunub». M.Cabbarov bildirib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin www.icherisheher.gov.az saytı ingilis və rus dillərində fəaliyyət göstərməyə başlamışdır. Bu da saytın əcnəbi auditoriyasını genişləndirməklə İçəri Şəhərin ölkə xaricində təbliği və populyarlaşdırılması məqsədini güdür.
OXŞAR XƏBƏRLƏR