İcra başçısı özünə market tikdirmək üçün vətəndaşın obyektini sökdürdü – ŞİKAYƏT

İcra başçısı özünə market tikdirmək üçün vətəndaşın obyektini sökdürdü – ŞİKAYƏT
Bütün Xəbərlər
16:02 08.09.2014
1301

“Mən icra başçısı Nazim Veysovun qəbulunda olanda məni kobud söyüşlərlə söyüb təhqir elədi”.

Bu sözləri Şəmkir rayonunun Həzi Aslanov küçəsi, ev 82 ünvanında yaşayan Əmiri Alanaq Seyranə Oruc qızının AZXEBER.COM-a yazdığı şikayət məktubunda deyilir.

O, rayonun icra başçısı Nazim Veyisovun özünə market tikdirmək üçün ona məxsus Cahangir Rüstəmov küçəsində yerləşən  49 kvadrat metr ölçüsü olan qadın bər-bər xanasını sökdürdüyünü yazıb:

“Abadlıq işı altında aparılan bu talançılığın məqsədi ancaq o olmuşdur ki, həmin ərazidə olan marketin sahəsi böyüdülsün ki, buda başçının özünə məxsusdur. Mənə başqa yerdən torpaq sahəsi versələrdə ancaq dağıdılmış bər-bərxananın burada tikilməsinə kömək edilmir. Ancaq bər-bər xana sökülməmişdən əvvəl belə razılaşdırılmışdır. Mən icra başçısı Nazim Veysovun qəbulunda olanda məni kobud söyüşlərlə söyüb təhqir elədi. Dediki hara istəyirsən şikayət et, onsuzda şikayətlər icra olunması üçün bura gələcək,mən də sənə bər-bər xana tikən deyiləm. İcra başçısı Nazim Veysovun başı qarışıb talançılıqla kapital toplamağa yadına rayonun sakinlərinin probleminin həlli düşmür. Rayonda icra başçısına şəxsən məxsus çoxlu sayda ticarət obyektləri , istehsal mərkəzləri var. Nazim Veysov icra başçısı yox komersant kimi qabaqcıldır. Bütün bunlara baxmayaraq tamahkar icra başçısı mənim kiçik bər-bər xanamı dağıtdırıb. İldən çoxdur ki ,bizim ailəni işsiz ,çörəksiz qoyub. Bunu Allah da götürməz”.

Şikayətçi sayt vasitəsilə ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib. O, birinci xanımdan onun qanunu əmlakını dağıtdıran İcra başçsı Nazim Veyisov barədə tədbir görülməsinə tapşırıq verilməsini xahiş edib.

Məsələ ilə bağlı AZXEBER.COM portalı olaraq Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, qarşı tərəfdən telefonlarımıza cavab verən tapılmadı.

OXŞAR XƏBƏRLƏR