İctamai Şura yeni əsasnaməsini qəbul etdi

GƏNCLİK
14:05 09.02.2012
2209

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sədrliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilmişdir.

Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, İ.Babayev gündəlikdə duran məslələr haqda məlumat verdikdən sonra İctimai Şuranın artıq yeni formatda fəaliyyət göstərməsinin, yenidən formalaşmasının zəruriliyini qeyd edib.

İclasda İctimai Şuranın yeni Əsasnamə layihəsini və komissiyaların yaradılması ilə bağlı təkliflər geniş müzakirə edilmişdir.Nəticədə yeni əsasnamə qəbul edilmiş və aşağıdakı daimi komissiyalar yaradılmışdır:

Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi məsələləri üzrə komissiya

Gənclərin məşğulluq və karyera məsələləri üzrə komissiya

Gənclərin intellektual inkişafı,elm, təhsil və asudə vaxt məsələləri üzrə komissiya

Gənclərin sağlamlıq məsələləri üzrə komissiya

Gənclərin beynəlxalq proqramlarda iştirakı və diasporla iş üzrə komissiya

İctimai Şuraya “Bizim Nəsil” Gənclərini Regional İnkişaf Assosiasiyası ictimai birliyinin sədri Nurəddin Mehdiyev sədr, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova isə sədr müavini seçilmişlər.

Daha sonra “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı 2011-ci il üzrə görülmüş işlərvə Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2012-ciildə elan olunmuş müsabiqə haqqındaməlumat verilmişdir.

İclasda həmçinin 2011ci ildə fəallığı ilə seçilən aşagıdakı gənclər təşkilatları Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif edilmişlər:

Azərbaycan – Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti

Demokratik Azərbaycan Naminə” Gənclər İctimai Birliyi

“Gənclər Arasında Mübadilə” İctimai Birliyi

“Gənclik Təşəbbüsləri” İctimai Birliyi

"Gənclər İnkişaf Naminə" İctimai Birliyi

“Valideyin Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimai Birliyi

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi (Lənkəran)

“Dünyaya Pəncərə” Biləsuvar Gəncləri İctimai Birliyi (Biləsuvar)

“Etimad-Uşaq və Gənclərə Psixoloji Dayaq” İctimai Birliyi (Sumqayıt)

Bakı Sənaye Pedaqoji Kollecinin Tələbə-Gənclər Təşkilatı

Qeyd edək ki, iclas 2 fevral – Azərbaycan Gəncləri Günün 15 illiyinə həsr olunmuşdu.

OXŞAR XƏBƏRLƏR