“İdeyanı Reallaşdır” – gənclərin fərdi layihə müsabiqəsinə start verildi!

GƏNCLİK
11:56 11.03.2020
5642

Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin sosial və ictimai əhəmiyyətli ideyalarının maliyyələşdirilməsi ilə bağlı "İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinə” start verir.

AZXEBER.COM xəbər verir ki, artıq gənclərin ideya və layihələri bu gündən etibarən il boyu Gənclər Fondu tərəfindən qəbul ediləcək və hər rübün sonunda qaliblər elan olunacaqdır.

Elan edilmiş mövzular üzrə gənclərin bilik və bacarığının, təmsilçilik və qərar qəbuletmə, eləcə də fəallığının artırılması ilə bağlı layihələr GencAPP (http://onelink.to/gencapp) mobil tətbiqi və www.youthfoundation.az internet səhifəsi vasitəsilə müsabiqəyə təqdim oluna bilər.


Müraciət prosesini asanlaşdırmaq məqsədilə gənclər layihələrini qeyd olunan platformalar vasitəsilə artıq videotəqdimat şəklində göndərə biləcəklər.

"İdeyanı Reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində” iştirakla bağlı şərtlərlə və prioritet mövzuların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.


Link: https://youthfoundation.az/?p=92979


Gənclərimizə uğurlar arzulayırıq!

OXŞAR XƏBƏRLƏR