On beş mininci qolu vurdu
Azərbaycan çempionatları tarixində yüksək liqada on beş mininci qol vurulub.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı xəbər verir ki, yubiley topu Azərbaycan Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.
"Zirə” - "Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə on beş mininci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.
...