“İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib

“İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
GƏNCLİK
12:25 08.05.2013
1749

Mayın 7-də Bakı Biznes Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin nəşr etdirdiyi “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Milli Məclisin deputatları, dövlət qurumları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ulu öndər Heydər Əliyevin idmançılara diqqət və qayğısından bəhs edən film göstərilib.

Mərasimi açıq elan edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili Ağacan Abiyev ümummilli lider Heydər Əliyevin idmançılarla görüşlərindən xatirələrini danışaraq, onun bədən tərbiyəsi və idmana qayğısından söz açıb.

Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmana dövlət qayğısının əsasının ulu öndər tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə 36 olimpiya idman kompleksi və digər idman mərkəzləri beynəlxalq standartlara uyğun qurularaq əhalinin istifadəsinə verilib. Bundan əlavə, Olimpiya stadionunun və Su İdman Mərkəzinin tikintisinə başlanılıb. Bütün bunlar isə Azərbaycanda beynəlxalq idman tədbirlərinin keçirilməsinə imkan yaradacaq.

Nazir Azad Rəhimov bildirib ki, kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci və 1993-2003-cü illərdə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunub. Kitabda ümummilli liderin idman tədbirlərində çıxışları, habelə idman sahəsində keçirdiyi görüşlər, idmanla bağlı fərman və sərəncamları yer alıb.

A.Rəhimov ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Azərbaycan və ingilis dillərində nəşr edilən nəfis tərtibatlı bu kitabın hər bir idmansevərin ürəyincə olacağını vurğulayıb.

Toplantıda Olimpiya çempionu Namiq Abdullayev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov və “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov çıxış edərək ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildiyini qeyd edərək ulu öndərlə bağlı xatirələrini söyləyiblər.

Çıxışlarda kitabın Azərbaycan idman tarixinin öyrənilməsi baxımından gənclər üçün əvəzsiz mənbə olacağı vurğulanıb. Qeyd edilib ki, “İdmanın böyük himayədarı” kitabı idman ictimaiyyətimizin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə kiçik bir töhfədir.

Mərasim zamanı kitabın səhifələrinin əks olunduğu ibarət slayd da nümayiş edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər