II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirildi

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirildi
SOSİAL
13:31 06.07.2025
671
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Bu barədə AZXEBER.COM-a DİM-dən bildirilib.

İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.

İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 3 nəfərdə "ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.

İmtahanda 41 484 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bu gün saat 15:00-da DİM-in "Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını "Youtube”da olacaq müvafiq yayımın şərh bölməsinə yaza bilərlər.

İyulun 7-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
03:38 30.10.2026
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
03:30 30.10.2026
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
03:23 30.10.2026
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
03:16 30.10.2026
Sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb
Ronaldo karyerasının 985-ci qolunu vurub
03:06 30.10.2026
Ronaldo karyerasının 985-ci qolunu vurub
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
02:56 30.10.2026
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
02:50 30.10.2026
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
02:43 30.10.2026
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
02:36 30.10.2026
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
02:30 30.10.2026
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
02:23 30.10.2026
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
02:16 30.10.2026
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
02:09 30.10.2026
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar
02:03 30.10.2026
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar
Şimali Kipr Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb
01:56 30.10.2026
Şimali Kipr Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb
Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
01:50 30.10.2026
Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb