İki ay əvvəl ilk avtomobilini alıbmış... - Balakəndəki qəzanın təfərrüatı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - Balakəndəki qəzanın təfərrüatı
SOSİAL
13:47 11.08.2026
818
Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, "Hyundai” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Məryəm Hoorsova banklardan birinin Balakən rayon şöbəsinin məsul əməkdaşı olub. O, Katex kəndindən rayon mərkəzinə iş yerinə gedirmiş.

 

M.Hoorsova cəmi iki ay əvvəl avtomobil alıbmış və bu onun ilk maşını olub. O, yolda hərəkətdə olarkən yolun kənarında marşrut avtobusu gözləyən həmkəndlisi 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanovu görüb. Avtomobili saxlayan Məryəm fiziki qüsurlu Şərif Soltanovu da özü ilə götürərək rayon istiqamətində hərəkətinə davam edib.


O, yolda TIR yük avtomobilini ötmək istəyərkən qarşı hərəkət zolağına çıxıb və bu vaxt öz yolu ilə gələn "Toyota” markalı avtomobillə toqquşub. Daha sonra KIA markalı avtomobil də qarşı-qarşıya toqquşan maşınlara çırpılıb.

Hadisə nəticəsində "Hyundai” markalı avtomobilin sürücüsü Məryəm Kamil qızı Hoorsova, "Toyota” markalı avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər, "Toyota”nın sürücüsü 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarət alıblar. Y.Mütəllibov bu gün xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, "Toyota” markalı avtomobildə olan Y.Mütəllibov və P.Məmmədova ər-arvad olublar. Rəşad Mütəllibov isə onların övladıdır. Ailə Balakən rayonundan Goranboy rayonuna, qohumlarına dəvətnamə aparırmış. Qəzada həlak olan Rəşad Mütəllibovun avqustun 28-də toyu olacaqmış.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
20:58 19.10.2026
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
20:50 19.10.2026
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
20:46 19.10.2026
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
20:38 19.10.2026
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
20:33 19.10.2026
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
20:28 19.10.2026
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
20:20 19.10.2026
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"