İki dəfə Azərbaycan ikincisi olmuş idmançı öz həmcinsi ilə evləndi - FOTO

İDMAN
19:11 26.06.2020
13748

Vaxtı ilə Azərbaycanda iki klubda çıxış etmiş almaniyalı qadın voleybolçu Liza Tomsen öz həmcinsi ilə evlənib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Voleybol Federasiyasının "Facebook” səhifəsi məlumat yayıb. Tomsen öz rəfiqəsi ilə ailə həyatı qurub.

Qeyd edək ki, ötən il karyerasını başa vurmuş 34 yaşlı Liza Tomsen yalnız Azərbaycanda legioner karyerası yaşayıb. İki dəfə Almaniya millisi ilə Avropa ikincisi olmuş, üç dəfə ölkəsinin qızıl medallarını qazanmış libero 2013/14 mövsümündə "Azəryol” klubunda, bir mövsüm sonra isə Bakı "Lokomotiv”ində çıxış edib. O hər iki halda Azərbaycan çempionatının gümüş medallarını qazanıb.




OXŞAR XƏBƏRLƏR

X Mostbet