İki gündə 102 ermənini öldürən azərbaycanlı komandir və onun əsgərləri - VİDEO

İki gündə 102 ermənini öldürən azərbaycanlı komandir və onun əsgərləri -  VİDEO
Bütün Xəbərlər
00:30 06.02.2014
12255

“Ayın 23-ü və 25-i tarixlərində edilən 2 hücum zamanı düşmənin 102 əsgəri məhv edilib”.

AZXEBER.COM-un məlumatına görə, sosial şəbəkələrdə I Qarabağ Müharibəsinə aid yeni video yayımlanıb. 1994-cü ilin lentə alınan bu görüntülərdə Tərtər istiqamətində gedən döyüşlər zaman 741 saylı Hərbi Hissənin komandiri kapitan Məhərrəm Məcnun oğlu Seyidov həmin çəkilişdən bir neçə gün əvvəl ermənilərin etdikləri hücumlarla bağlı müsahibə verərkən, düşmənin 102 əsgərinin məhv edildiyini deyib:

“Ayın 23-ü və 25-i tarixlərində edilən 2 hücum zamanı düşmənin 102 əsgəri məhv edilib. Biz isə döyüşlər zamanı 5 əsgərimizi şəhid vermişik”.

Həmin videonu təqdim edirik. Video rus dilində olsa da “altyazı” sistemini aktiv etməklə tərcümə edilmiş versiyasına baxa bilərsiniz.

Qeyd edək ki, 741 saylı Hərbi Hissənin komandiri Kapitan Məhərrəm Məcnun oğlu Seyidov  1994-cü il 16 aprel tarixində vəfat etmiş və ölümdən 32 gün sonra mayor rütbəsi ilə təltif edilmişdi. O ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə də təltif edilmişdi.

OXŞAR XƏBƏRLƏR