İki maştağalının qanlı davası: "Hamıya deyərik, məni at vurub, qorxma..."

İki maştağalının qanlı davası: "Hamıya deyərik, məni at vurub, qorxma..."
KRİMİNAL
12:24 01.01.2023
1304
Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Adəm Quliyev 1975-ci il təvəllüdlü Natiq Nəcəfovu öldürüb.

AZXEBER.COM Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu il aprelin 2-də rayonun Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini Natiq Nəcəfovun xəsarət alması və həmin gün saat 15 radələrində xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, Natiqi şəxsi münasibətlər zəminində mübahisə zamanı onunla eyni qəsəbədə yaşayan Adəm Quliyev öldürüb.

Adəmin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Adəm elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Natiqə sadəcə xəsarət yetirmək istəyib, onu öldürmək niyyəti olmayıb.

Adəmin sözlərinə görə, Natiqi təxminən 2-3 ildir tanıyıb: "Natiq mənim tərəvəz əkdiyim torpaq sahəsinin yaxınlığında qoyun-quzu otarırdı. Mən şüyüd, turp, keşniş əkib becərir, onu bazarda sataraq ailəmi dolandırırdım. Tərəvəz əkdiyim torpaq sahəsinin yaxınlığında Natiqin də yonca sahəsi vardı.

Təxminən hadisədən 10 gün əvvəl Natiq qoyun sürüsünü tərəvəz əkdiyim torpaq sahəsinə buraxmışdı. Nəticədə 100-200 manat arası ziyana düşdüm".

Adəm qeyd edib ki, səhərisi gün saat 12 radələrində Natiqi görüb: "Ona iradımı bildirdim. Kobud şəkildə dedi ki, qiyməti nədirsə, denən verim. Bildirdim ki, söhbət puldan getmir, gərək qoyun sürüsünü oraya buraxmazdın. Həmin hadisədən sonra Natiqlə münasibətlərimiz pisləşdi.

Hadisədən 1 gün əvvəl Natiq zəng etdi, "sabah bıçaqla gəl çölə söhbətimizi həll edək" dedi. Mən də tərəvəz əkdiyim torpaq sahəsinə getdim. Saat 18 radələri idi. Natiqi orada gördüm. Oraya istifadəmdə olan "QAZ 3129" markalı avtomobilimdə getmişdim. Çatıb avtomobildən endim.

Natiq mənimlə yüksək səslə danışdı. Mən də ona "bu söhbət ayıbdır, bitirək bu məsələni" dedim. Lakin Natiq mübahisəyə davam etdi. Mənim pis tərəvəz satdığımı, onsuz da söyüş yiyəsi olduğumu bildirdi. Bundan sonra avtomobilimə əyləşdim, yaşadığım evə getdim".


Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 2-də səhər yuxudan oyanıb və tərəvəz əkdiyi sahəyə gedib: "Evdən bıçaq da götürdüm, gödəkcəmin sağ yan cibinə qoydum. Avtomobildən düşüb tərəvəz biçməyə hazırlaşdım. Bu zaman gördüm ki, Natiq piyada gəzə-gəzə mənim olduğum tərəfə gəlir. Yenə mübahisə yaranacağını bildim. Natiq yenə bildirdi ki, qoyunlarını mənim sahəmdə otaracaq, görüm kim mənə nə edə bilər, oğlan istəyirəm ki, məni vursun.

Natiqə bütün bu mübahisələrin lazım olmadığını dedim, məsələni bağlamağı məsləhət bildim. O isə "lazım gəlsə səni də vuraram" dedi. "Məni vuran oğlan anasından olmayıb" deyə cavab verdim.

Natiq torpağımda qoyun otaracağını və mənim ona heç nə edə bilməyəcəyimi dedi. Bu söhbətlərdən bezdim. Natiqin yaxasından tutaraq itələşməyə başladım. O da gödəkçəmin yaxasından tutdu. Bu zaman gödəkçəmin sağ yan cibində olan bıçağı çıxardım və Natiqin sağ ayağından 1 dəfə vurdum. Aşağı əyiləndə ikinci dəfə onun boğazından xəsarət yetirdim.

Natiqin boğazından xəsarət aldığını gördükdə qorxdum. Dərhal avtomobilimi işə saldım, Natiqi avtomobilinin arxasında əyləşdirdim. Sürətlə sürərək onu xəstəxanaya çatdırmaq istədim. Lakin yolda avtomobilinin sol arxa təkəri boşaldı. Bundan sonra maşını Maştağa qəsəbəsinə, yaşadığım küçəyə sürdüm. Natiq yolda özündə idi, mənə dedi ki, hər kəsə məni at vurduğunu deyərik, sənə də problem yaranmaz, səhhətimdə ciddi bir şey yoxdur. Mən də razılaşdım.

Natiq bildirirdi ki, maşını asta sür, mənə heç nə olmayacaq, bir balaca boğazım kəsilib. Mən isə Natiqə sağalacağını bildirdim. Lakin Natiqin üzü şişmişdi, nəfəsi kəsilmişdu, təngnəfəs olurdu".

Adəmin sözlərinə görə, maşını İlham adlı şəxsin meyvə-tərəvəz satdığı yerin önündə saxlayıb: "Avtomobildən enərək kömək istədim. Natiqin təcili xəstəxanaya getməli olduğunu bildirdim. Natiqin qohumu kimi tanıdığım Talıbın dəmirçi işlədiyi yerə doğru getdim. Natiqi at vurduğunu və təcili xəstəxanaya aparılmalı olduğunu bildirdim.

Avtomobilimin təkəri yararsız hala düşdüyünə görə hərəkət edə bilmədi. Talib və onun yanında işləyən Mustafa adlı şəxs Natiqi xəstəxanaya apardılar. Bundan sonra meyvə-tərəvəz satıcısı İlhamdan mobil telefonunu istədim. Qardaşım Hikmətə və hamının Həcihüseyn adı ilə çağırdığı əmim oğluna zəng etdim. Onlara Natiqin vəziyyətinin pis olduğunu və xəstəxanaya getməli olduqlarını bildirdim. Hadisənin şokunda idim və yaşadığım evə doğru getdim. Bir neçə saat sonra qohumum Həcihüseyn və qardaşım Hikmət yaşadığım evə gəldi. Həcihüseyn Natiqin xəstəxanada öldüyünü dedi".

Adəm bildirib ki, bundan sonra 14-cü polis bölməsinə gedib və təslim olub. O, deyib ki, Natiqə xəsarət yetirdiyi bıçağı da bölməyə təqdim edib.

Adəm 9 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür