Bu gündən metronun 2 stansiyasından sərnişinlər ödənişsiz şəkildə istifadəyə başlayıblar.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, yeni tədris ilinin başlaması ilə Bakı-Sumqayıt yolu, xüsusilə "Şamaxinka” və 20 Yanvar metrostansiyaları ətrafında saatlarla xaoatik vəziyyət yaranırdı. Bu, ictimai nəqliyyatın hərəkətinə təsir göstərməklə yanaşı, şəhər istiqamətində sıxlığın yaranmasına səbəb olurdu. Bu məqsədlə xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə Sumqayıt, Xırdalan şəhərləri, Bakı-Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin "Şamaxinka" və 20 Yanvar ərazilərinə daxil olmadan metrodan istifadəsi üçün şərait yaradılıb.
Sərnişinlər də bildirirlər ki, metrostansiyalara rahat gedişin təmin olunması ilə mənzil başına daha tez və rahat çatırlar.
"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, görülən tədbirlər sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına hesablanıb. Prosesin başlanması ilə artıq bu stansiyalara sərnişin axını başlayıb.
Yerüstü Nəqliyyat Agentliyi də Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsi, Xırdalan şəhəri, Masazır, Müşfiqabad, Hökməli, Sulutəpə və Çiçək qəsəbəsindən, Binəqədi və Biləcəridən gələn bəzi marşrut avtobuslarının aralıq dayanacağını "Avtovağzal" metrostansiyasında təyin edib.
Bəs bu proses nə vaxta qədər davam edəcək?











































