''İkisi döydü məni gücüm çatmadı bıçaqladım''

Bütün Xəbərlər
07:35 01.10.2012
1274
Sabunçu rayonunda bu ilin iyun ayında qanlı hadisə törədən şəxs həbs edilib. Keçirilən əməliyyat nəticəsində Vasili Miraşniçenko saxlanılaraq məsuliyyətə cəlb edilib. Vasili Sabunçu qəsəbəsində aralarında baş verən mübahisə zamanı Cəlal Niftəliyevi bıçaqlamaqda təqsirli bilinir.
Saxlanılan şəxs hadisə baş verən gün sərxoş vəziyyətdə olduğunu və zərərçəkənin onun ünvanına nəlayiq ifadələr işlətdiyinə görə bıçaqladığını bildirdi. “Mən yolla gedirdim o özü maşını döndərib məni vurdu. Mən piyan idim bacımı ötürməyə gedirdim. İkisi döydü məni gücüm çatmadı bıçaqladım”.
Qeyd edək ki, saxlanılan şəxs tüfeyli həyat tərzi keçirdiyindən o, indiyə qədən şəxsiyyətini təsdiq etdirmək üçün müvafiq dövlət qrumunda qeydiyyatdan keçməyib. Bu səbəbdən də Vasili Miraşniçenko hadisəni törədəndən sonra bir müddət istintaqdan yayına bilib.
Faktla bağlı saxlanılan şəxs barəsində sabunçu rayon polis idarəsində cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR