İlham Əliyev akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib

SİYASƏT
21:25 28.04.2013
1432

Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söylədi.Sonra Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının rektoru Larisa Moşetova, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının kafedra müdiri Alevtina Brovkina, Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri Sunay Duman çıxış etdilər.Mərasim Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.Daha sonra Prezident İlham Əliyev teatrın foyesində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxdı.

OXŞAR XƏBƏRLƏR