İlham Əliyev BƏƏ-nin xarici işlər nazirini qəbul edib
Bütün Xəbərlər
15:55 14.02.2012
867
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə sürətli inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı əlaqələrimizin qarşıdakı illərdə də möhkəmlənəcəyinə əminliyini ifadə edib. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın regionda sülhə və sabitliyə xidmət edəcəyini deyib. Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nahyanın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O, ölkəsinin dövlət başçısının Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnun olduğunu deyib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nahyanın rəhbərliyi altında əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.