İlham Əliyev İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə münasibət bildirib

İlham Əliyev İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə münasibət bildirib
SİYASƏT
14:10 27.09.2021
1199
"O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz”.

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

"Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi?

Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”, - Prezident vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
20:55 09.10.2026
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
20:50 09.10.2026
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
20:47 09.10.2026
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
20:40 09.10.2026
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
Şəkidə avtoqəza olub, sürücü ölüb
20:36 09.10.2026
Şəkidə avtoqəza olub, sürücü ölüb
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
20:31 09.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
20:27 09.10.2026
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
20:21 09.10.2026
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
20:16 09.10.2026
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
20:10 09.10.2026
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
Masazırda “Mercedes Vito” yanıb
20:04 09.10.2026
Masazırda “Mercedes Vito” yanıb
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
20:03 09.10.2026
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
19:58 09.10.2026
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
19:56 09.10.2026
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
19:48 09.10.2026
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
Peskov: Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur
19:37 09.10.2026
Peskov: Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur