İlham Əliyev: 'Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutundakı atmosferi heç zaman unutmayacağıq'

İlham Əliyev:
Bütün Xəbərlər
11:14 12.04.2013
1100

“Bugünkü atmosfer Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutundakı həmin atmosferi xatırladır. Biz o atmosferi hər zaman xatırlayırıq və heç vaxt unutmayacağıq”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutu məzunlarının I Beynəlxalq Forumunda çıxışı zamanı deyib. 

Dövlət başçısı müəllimlərinə təşəkkür edib: “İnstitutda mənə dərs demiş hər kəsə, xüsusilə Nikolay İvanoviç Lebedevə minnətdarlığımı bildirmək istəyirəm. Dünən onunla iki saata yaxın söhbət etdik, təhsil aldığım illəri xatırladıq, beynəlxalq məsələləri müzakirə etdik. Mən hələ də bu görüşün təsiri altındayam. Bizim bu gün yüksək qiymət verdiyimiz ənənələr Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda onun rəhbərliyi altında qoyulub. Düşünürəm ki, institutumuzun məzunları bu ənənələri möhkəmləndirən və inkişaf etdirən hər kəsə minnətdar olmalıdır”. 

Prezident İlham Əliyev MDBMİ-nin rektoru Anatoli Torkunova da minnətdarlıq edib: “İndiki rektor Anatoli Torkunovun da xidmətlərini qeyd etmək istəyərdim. Bu ali məktəb məhz onun rəhbərliyi altında aparıcı təhsil müəssisələrindən birinə çevrilib. Qeyd etdiyim ənənələr bizim ailəmizdə də qorunub saxlanır. Çox şadam ki, qızım Leyla məhz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. Ümidvaram ki, bugünkü forum tədbirə qatılan iştirakçıların təmsil etdiyi ölkələr arasında münasibətlərin inkişafına təkan vermiş olacaq”. 

Dövlət başçısı ömrünün 15 ilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirdiyini deyib: “Orada aldığım təhsil bu gün də mənə kömək edir”.

Prezident İlham Əliyev çıxışında müstəqil Azərbaycanın inkişaf tarixi, əldə olunan uğurlar barədə forum iştirakçılarını məlumatlandırıb: “Son on ildə iqtisadiyyatın həcmi 3 dəfə artıb, eyni artım sənaye istehsalında da müşahidə olunur. Neft gəlirlərinin ədalətli bölgüsü təmin olunub. Bu gün qarşımızda duran əsas vəzifə qeyri-neft sektorunun inkişafıdır”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər