İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
SİYASƏT
12:18 26.10.2026
263
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirib.

Qəbula görə dövlət başçısına minnətdarlıq edən Tom Berendsen də öz növbəsində Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri ilə görüşünü xatırlayaraq, əməkdaşlığın inkişafı ilə bağlı Baş nazirdən çox müsbət mesajlar aldığını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib.

Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğulayıb və qeyd etib ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olunub, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulanıb. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oktay Saral açıqlama yaydı: "Nəyin bahasına olursa-olsun..."
13:37 26.10.2026
Oktay Saral açıqlama yaydı: "Nəyin bahasına olursa-olsun..."
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi - SƏRƏNCAM
13:32 26.10.2026
Prezident Şahin Mustafayevə yeni vəzifə verdi - SƏRƏNCAM
İham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR
13:27 26.10.2026
İham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR
Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA
12:59 26.10.2026
Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
12:50 26.10.2026
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
12:28 26.10.2026
Rafet El Roman azərbaycanlı nişanlısı haqda danışdı - VİDEO
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:18 26.10.2026
İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
11:21 26.10.2026
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
11:17 26.10.2026
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
11:13 26.10.2026
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
11:06 26.10.2026
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video