İlham Əliyev Rafael Dadaşovun vəfatı ilə əlaqədar nekroloq imzaladı

MANŞET
13:12 17.03.2020
6656
Prezident İlham Əliyev Xalq artisti Rafael Dadaşovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Nekroloqun mətni AZƏRTAC-da dərc olunub.

"Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın Xalq artisti Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 75-ci ilində vəfat etmişdir.

Rafael Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olmuşdur. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil almışdır. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışmış, 1974–1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olmuş, eyni zamanda, oranın Televiziya və Radio Komitəsində direktor işləmişdir.

1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.

Rafael Dadaşovun aktyorluq yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Ekranda və səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən rəngarəng xarakterli qəhrəmanlar onu sənətin incəliklərini dərindən mənimsəmiş yüksək səhnə mədəniyyətinə malik aktyor olaraq geniş tamaşaçı auditoriyasına sevdirmişdir.

Rafael Dadaşov teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olmuşdur. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli yaddaqalan obrazlar qalereyası yaratmışdır. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi bu qəhrəmanlar teatrsevərlərin hafizəsinə həkk olunmuşdur.

Rafael Dadaşov yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla nümayiş etdirmişdir. İstedadlı aktyorun bədii filmlərdə və televiziya tamaşalarında məharətlə canlandırdığı obrazlar həmişə özünün fərqli psixoloji-emosional yozumu ilə səciyyələnmişdir. Onun televiziya tamaşalarında yaratdığı personajlar milli televiziyanın fondundakı dəyərli sənət nümunələri sırasında qorunub saxlanmaqdadır.

Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış sənətkar, qayğıkeş və səmimi insan Rafael Məlik oğlu Dadaşovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Əbülfəs Qarayev

Fərəh Əliyeva

Azər Paşa Nemətov

Şəfiqə Məmmədova

Mərahim Fərzəlibəyov

Rafiq Əzimov

Nurəddin Quliyev

Bəsti Cəfərova

Firəngiz Mütəllimova”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:38 05.12.2020

Ter-Petosyan: “Prosesin belə davam etməsi həm də Ermənistan dövlətçiliyinin sonu olacaq”

23:35 05.12.2020

Ermənistanın sabiq xidmət rəisi: Dövlət orqanları daha Paşinyana tabe olmur

22:43 05.12.2020

Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO

22:09 05.12.2020

Ruhi Əliyeva da koronavirusa yoluxdu

22:08 05.12.2020

Türkiyədə həftəsonları 56 saat “evdə qalmaq” rejimi tətbiq olunur

21:25 05.12.2020

Parsidə etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə etdi

20:56 05.12.2020

Daşkəsəndə avtomobil aşdı, sərnişini öldü

20:37 05.12.2020

Çində mədəndə partlayış nəticəsində onlarla insan həlak oldu

20:17 05.12.2020

Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi

20:04 05.12.2020

Prezidentə yazırlar: "Bu xoşbəxtliyi bizə Sizin dəmir iradəniz və komandanlığınız altında müzəffər Ordumuz nəsib etdi"

19:46 05.12.2020

Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötdü

19:34 05.12.2020

Dünya Bankı: Yoxsulluq həddində yaşayan insanların sayı artacaq

19:07 05.12.2020

Ötən gün yaşayış yerini tərk edən 18 aktiv koronavirus xəstəsi saxlandı

18:40 05.12.2020

Sarqsyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaq rəhbərsən"

18:18 05.12.2020

Ərdoğan: “Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir” - VİDEO

18:10 05.12.2020

Köçəryan: "Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu hərbi ekspertlərimiz belə anlaya bilmir"