Azərbaycan prezidenti İlham Əliyev Tacikistanın prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
AZXEBER.COM-un “AzərTAc”a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Bu gün Azərbaycan-Tacikistan münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Çoxşaxəli dostluq əlaqələrimiz əməkdaşlığımızın dərinləşməsi və əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar açır. Əminəm ki, bu yaxınlarda ölkəmizə rəsmi səfəriniz, Sizinlə apardığımız səmərəli fikir mübadiləsi, imzalanan sənədlər Azərbaycan-Tacikistan dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsi və inkişafı işinə yeni töhfələr verəcəkdir ".
İlham Əliyev Emoməli Rəhmona möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq diləyib.