İlham Əliyev Vyetnam səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Vyetnam səfirinin etimadnaməsini qəbul edib
SİYASƏT
14:40 07.02.2023
462
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, səfir Danq Min Xoy etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Vyetnama səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, bu səfərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. Dövlət başçısı Azərbaycan ilə Vyetnam arasında ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əsasda yaxşı əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi zamanı beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müxtəlif bəyanatların qəbul edilməsi istiqamətində səylər göstərilərkən onların qəbul olunmasının qarşısının alınmasında Vyetnamın Qoşulmama Hərəkatının üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Qoşulmama Hərəkatının digər üzvləri ilə birlikdə ölkəmizlə həmrəylik nümayiş etdirməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi məsələsinə də toxunub, bu xüsusda Qoşulmama Hərəkatının sədr dövlətinin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzv kimi təmsil olunmasının zəruriliyini bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ildə başa çatacağını vurğulayan dövlət başçısı deyib ki, əsas məqsəd Azərbaycandan sonra sədrliyi öz üzərində götürəcək üzvlərə şamil olunacaq işlək mexanizmin təsbit edilməsidir. Belə bir yanaşma sırf beynəlxalq ədaləti əks etdirəcək. Dövlət başçısı, həmçinin gələn ay Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində zirvə görüşünün Azərbaycanda keçiriləcəyini deyib.

Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində çox yaxşı əlaqələrin olduğunu vurğulayan Prezident İlham Əliyev hələ sovet dövründə çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil aldığını bildirib. Dövlət başçısı Vyetnama səfəri zamanı Azərbaycandakı ali təhsil müəssisələrinin bu ölkədən olan məzunları ilə görüşdüyünü, onları Azərbaycana səfərə dəvət etdiyini xatırladıb və onların bu səfəri həyata keçirdiklərini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakının mümkünlüyü məsələsinə də toxunub, həmin şirkətləri bu işlərdə iştiraka dəvət edib.

Azərbaycana səfir təyin olunmaqdan məmnunluğunu ifadə edən Danq Min Xoy Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Tronqun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Vyetnam Kommunist Partiyasının Baş katibinə çatdırmağı xahiş edib.

Səfir Prezident İlham Əliyevin Vyetnama səfərinin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini bildirib. O, Vyetnam-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ Sovet İttifaqının rəhbərliyində olan zaman töhfələrini məmnunluqla xatırlayıb, ulu öndərin Vyetnama səfərinin münasibətlərimizin inkişafında böyük rol oynadığını qeyd edib.

Dövlət başçısı da ulu öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə Vyetnama səfərini xatırlayıb, ümummilli liderin ölkələrimiz arasında münasibətlərin genişlənməsinə daim öz töhfəsini və dəstəyini verdiyini deyib. Prezident İlham Əliyev Vyetnam xalqının qəhrəmanlığına, əzminə həmişə böyük hörmətlə yanaşdığını qeyd edib.

Diplomat Vyetnam xalqının Azərbaycan tərəfindən çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil alması üçün şəraitin yaradılmasını yüksək qiymətləndirdiyini və Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin bu gün də ölkənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırıb. O, hazırda Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil təqaüdü proqramları üzrə vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını bildirib.

Səfir Danq Min Xoy Vyetnamın Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəklədiyini, BMT Təhlükəsizlik Şurasında islahatlar və Qoşulmama Hərəkatının sədr dövlətinin bu strukturda təmsil olunması ilə əlaqədar Azərbaycanın təşəbbüsü barədə ölkəsinə məlumat verəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI