İlham Əliyev Yunanıstan xalqını təbrik etdi

İlham Əliyev Yunanıstan xalqını təbrik etdi
Bütün Xəbərlər
00:10 28.03.2012
1064

Azərbaycan prezidenti yunanıstanlı həmkarına ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb

Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan prezidenti Karolos Papulyası ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Əminəm ki, Azərbaycan-Yunanıstan münasibətlərinin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

OXŞAR XƏBƏRLƏR