İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır

İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
SİYASƏT
00:20 21.04.2024
393
"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məxsus olan sözlər 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra bizə qayıdan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli Zəngilan, Qubadlı kimi, Azərbaycan xalqının 30 il ərzində inamını, ümüdünü də qaytardı. Artıq hamı və hər kəs bu şanlı epopeyanın davam edəcəyinə şübhə etmir, səbrlə gözləyirdi: Xankədinə qayıtmağı, Rusiya sülhməramlılarının çıxıb gedəcəyi günü, Qazaxın və Naxçıvanın işğal altında olan kəndlərinin dönəcəyini.

Lakin çox gözləməyə ehtiyac qalmadı. Cənab Prezidentin siyasət dərsliklərinə daxil olacaq "master klass”ları, Azərbaycana qarşı bloklaşan bədxah qüvvələri bir-bir bərtərəf edən ölçülüb-biçilmiş həmlələri qısa bir zamanda xalqın bu arzu-istəklərini də həyata keçməsini sürətləndirdi: ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatından sonra Xankəndi azad olundu. Separatçı erməni silahlıları Qarabağ torpaqlarından qaçdı. "Özgə atına minən tez düşər” atalar misalı, yerdə qalan bir ovuc etnik erməni də şələ-küləsini dalına alıb, torpaqlarımızı tərk etdi. Onların dalınca Rusiya sülhməramlıları da "bundan sonra bizim burada nə işimiz var” deyərək, öz ölkələrinə qayıtdılar.

Bütün dünyanın qlobal müharibə təhlükəsi ilə çalxalandığı bir vaxtda çox çətin və mürəkkəb olan bu proseslərin qansız-qadasız, topsuz-tüfəngsiz reallaşması tarix və diplomatiya elminin dərindən öyrənməli və təhlil etməli olduğu mühüm bir tədqiqat sahəsidir. Dəqiq olan isə birdir: Bunu yalnız dahi siyasətçilər bacara bilər.

Nəhayət bu gün Azərbaycan xalqı daha bir xoş xəbər aldı. Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündən sonra, tərəflər sərhədlərin delimitasiya prosesinin ilkin mərhələsi ilə bağlı konkret razılaşmaya nail olmuşlar. Bu isə o deməkdir ki, Qazax rayonunun 1991-ci ildən erməni işğalı altında olan 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) Azərbaycana qayıdır. Yenə də qansız-qadasız, topsuz-tüfəngsiz, Şəhid vermədən….

Gözün aydın olsun, Azərbaycan! Çox yaşa, Cənab Ali Baş Komandan!

Fərid Şahbazlı
Siyasi şərhçi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI