Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.
Festivalla bağlı AZXEBER.COM portalı tanınmış aktyor İlham Əsgərovun münasibətini öyrənib: “Bu festivalın keçirilməsini çox gözəl qarşılayıram. Düşünəndə ki, festival sırf gənclər arasında keçirilir, bu zaman bütün idarə heyətini təbrik etməyə dəyər. Çünki teatrlarımız gənc üzlərin həsrətindədir. Düşünürəm ki, bu festival həmin gənc üzləri tapıb üzə çıxaracaq. Gələcəkdə gənc aktyorların, rejissorların, ssenaristlərin yer tutması bizim gələcəyimizin sual altında olmadığını göstərir. Bir daha sizi təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.
Əfsələddin AĞALAROV