İlham Mirzəyev danışdı: "Gücüm yoxdur..."

İlham Mirzəyev danışdı: "Gücüm yoxdur..."
SOSİAL
00:27 11.09.2026
72
Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib.

AZXEBER.COM bildirir ki, bu barədə Pravda.az-a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib.

"İnanın ki, danışa bilmirəm. Heç kimin zənginə də cavab vermirəm. Bu, saymazlıqdan deyil. Həm gücüm yoxdur, həm də həkimlər icazə vermirlər", - İ.Mirzəyev deyib.

Qeyd edək ki, o, bir neçə gün öncə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində klinikaya qəbul olunub.

Angioplastika icra olunub və stent implantasiya edilib.
OXŞAR XƏBƏRLƏR