İlham Zəkiyev Avropa çempionatının finalında

İlham Zəkiyev Avropa çempionatının finalında
İDMAN
16:06 15.08.2026
179
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında finala vəsiqə qazanıb.

Bu barədə AZXEBER.COM-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

İ.Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişlə üz-üzə gəlib.

Azərbaycan idmançısı rəqibini məğlub edərək finala yüksəlib.

Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.
OXŞAR XƏBƏRLƏR