İllər sonra Bakıdadır

İllər sonra Bakıdadır
MAQAZİN
17:23 26.06.2026
530
"Miss millenium” gözəli Validə Abbasova uzun fasilədən sonra Bakıya gəlib. Keçmiş model artıq bir neçə gündür paytaxtda vaxt keçirir.

V.Abbasova şəhər gəzintisindən çəkilən görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşərək gününü dostlarına həsr etdiyini bildirib. O, paylaşımında paytaxtın zəngin mətbəxinə toxunaraq, kilo vermək istəyənlər üçün Bakının heç də uyğun məkan olmadığını zarafatla qeyd edib. Şəhərin dadlı təamlarını və dəniz məhsullarını çox bəyəndiyini gizlətməyən keçmiş model qonaqpərvərliyə görə yaxınlarına təşəkkür edib.

Qeyd edək ki, Validə Abbasova qızı ilə birlikdə uzun illərdir İsveçrədə yaşayır.(axsam.az)
OXŞAR XƏBƏRLƏR