"İllərdir hər yerə yazırıq, amma bir tədbir görən yoxdur" - VİDEO

"İllərdir hər yerə yazırıq, amma bir tədbir görən yoxdur" - VİDEO
SOSİAL
00:29 03.09.2026
192
Uşaq bağçasının qarşısından keçən bu səkidə təhlükəli vəziyyət yaşanır. Belə ki, əyilən ağacı divar saxlayır, divarı dəmir məhəccər. İndi isə divar yarı uçulub, az qalır kiminsə üstünə aşsın.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, sakinlər deyir ki, illərdir hər yerə yazırıq, amma bir tədbir görən yoxdur.

Onu da qeyd edək ki, bu vəziyyət yaşayış binasının qarşısında yaşanır. Bina sakinlərinin sözlərinə görə, ərazidə xeyli sayda yaşlı insanlar da var.

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq, qurumdan bildirdilər ki, Səbail rayonu, Qurban Abbasov küçəsi 130-134 ünvanına bir müddət əvvəl yerində baxış keçirilib və mövcud vəziyyətlə əlaqədar tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciət olunub. Lakin, buna baxmayaraq qaldırılan məsələ ilə əlaqədar təkrarən rəsmi müraciətin ünvanlanması təmin olunacaq. Ünvan nəzarətdə saxlanılıb.

OXŞAR XƏBƏRLƏR