İlon Mask Ukraynaya "yox" dedi: Peykdən Rusiyaya zərbə endirməyə icazə vermədi

İlon Mask Ukraynaya "yox" dedi: Peykdən Rusiyaya zərbə endirməyə icazə vermədi
DÜNYA
16:21 10.08.2026
277
Amerikalı milyarder İlon Mask "SpaceX" tərəfindən təmin edilən "Starlink" peyk sistemindən Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyə icazə verməyib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə danışıqlardan xəbərdar olan mənbələrə istinadən "The Atlantic" jurnalı məlumat yayıb.
 
Nəşrin məlumatına görə, Ukrayna tərəfi Maskın razılığını almağa çalışmağa davam edir. Bildirilir ki, danışıqlar bir müddətdir davam etsə də, hələ heç bir müsbət qərar əldə olunmayıb.
 
Məlumata görə, İlon Mask münaqişənin hərbi imkanların genişləndirilməsi yolu ilə deyil, danışıqlar vasitəsilə başa çatdırılmalısının tərəfdarıdır. Məhz buna görə də o, Rusiya ərazisinin dərinliklərinə hücumlar üçün "Starlink"in istifadəsinə icazə verməyə tələsmir.
 

OXŞAR XƏBƏRLƏR