İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb

İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb
KRİMİNAL
18:52 15.11.2025
451
"Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, Hacıyev İlqar Allaz oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 2016-cı ildən 2017-ci ilədək "SDI Group” MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daha az işləyib daha çox qazanmaq mümkündür – Dünya təcrübəsi nə deyir?
15:58 24.07.2026
Daha az işləyib daha çox qazanmaq mümkündür – Dünya təcrübəsi nə deyir?
Ayan Qəmbərova: “Qiymətləndirici hazırlığında ixtisaslaşma əsas prioritetdir”
15:54 24.07.2026
Ayan Qəmbərova: “Qiymətləndirici hazırlığında ixtisaslaşma əsas prioritetdir”
Bu il ölkədə 15420 cinayət qeydə alınıb
15:53 24.07.2026
Bu il ölkədə 15420 cinayət qeydə alınıb
Lavrov İrana gedəcək
15:50 24.07.2026
Lavrov İrana gedəcək
Azərbaycanda son 10 ildə adları dəyişdirilən dövlət qurumları - SİYAHI
15:46 24.07.2026
Azərbaycanda son 10 ildə adları dəyişdirilən dövlət qurumları - SİYAHI
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
15:45 24.07.2026
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Yuxu borcu həqiqətən həftəsonu bağlanır? – Alimlər açıqladı
15:42 24.07.2026
Yuxu borcu həqiqətən həftəsonu bağlanır? – Alimlər açıqladı
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürc pul qazanacaq
15:30 24.07.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürc pul qazanacaq
Xocalı və Ağdərə rayonlarına növbəti köç olub
15:29 24.07.2026
Xocalı və Ağdərə rayonlarına növbəti köç olub
İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"
15:22 24.07.2026
İtkin düşən çobanın anası kömək istədi: "Oğlum barədə məlumatı olan xəbər versin"
Zelenski: Rusiyanın Kiyevə raket hücumu nəticəsində 6 nəfər ölüb, onlarla yaralı var
15:19 24.07.2026
Zelenski: Rusiyanın Kiyevə raket hücumu nəticəsində 6 nəfər ölüb, onlarla yaralı var
İpoteka, yoxsa daxili kredit? - Mənzil alarkən hansı seçim daha sərfəlidir?
15:12 24.07.2026
İpoteka, yoxsa daxili kredit? - Mənzil alarkən hansı seçim daha sərfəlidir?
Xaricdə təhsil proqramına qəbul olunanların siyahısı açıqlandı
15:09 24.07.2026
Xaricdə təhsil proqramına qəbul olunanların siyahısı açıqlandı
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
15:08 24.07.2026
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
14:54 24.07.2026
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Azad edilmiş ərazilərdəki müəssisələrin strukturu və ştat vahidləri təsdiqlənib
14:48 24.07.2026
Azad edilmiş ərazilərdəki müəssisələrin strukturu və ştat vahidləri təsdiqlənib