İlqar Mikayıloğlunun yeni iş yeri bəlli oldu

İlqar Mikayıloğlunun yeni iş yeri bəlli oldu
MEDİA
23:50 03.10.2014
5990
Uzun müddətdir harda işləyəcəyi ilə bağlı söz-söhbət gəzən tanınmış teleaparıcı İlqar Mikayıloğlunun yeni iş yeri məlum olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə publika.az-a açıqlamasında teleaparıcı bildirib ki, oktyabrın 6-dan yeni telelayihə ilə tamaşaçıların görüşünə gələcək. "Gün üzü" adlanan veriliş Azad Azərbaycan telekanalında (ATV) yayımlanacaq:
"Həftənin beş günü, saat 10-dan 12-yə qədər "Gün üzü" verilişi ilə efirdə olacağam. İnanıram ki, tamaşaçıların ürəyincə olacaq".
Qeyd edək ki, İlqar Mikayloğlu uzun müddət ANS telekanalında çalışıb və "Marş", "İç xəbər" kimi verilişlərin aparıcısı olub. Onun bu telekanalda apardığı sonunucu veriliş "Günəbaxan" idi. Həmkarımıza yeni işində uğurlar arzulayırıq.
OXŞAR XƏBƏRLƏR