Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə İmişli rayonunda bayram tədbiri keçirilib.
Tədbir zamanı bölgədə analoqu olmayan musuqili fəvvarənin istifadəyə verilməsi isə bir araya gələn imişlilərin ikiqat bayram sevincinə çevrilibAZXEBER.COM-un məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə rayonun mərkəzindəki ulu öndər Heydər Əliyevin adını daşıyan parkda keçirilən bayram tədbirində imişlilər bir araya gəliblər.Bayram münasibəti ilə imişliləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Dünya Azərbaycanlılarının nümayəndələrini bir araya gətirmək, onların qayğı və problemləri ilə maraqlanmaq, soydaşlarımızın Bakıda qurultaylarının keçirilməsi ideyası məhz ulu öndər Heydər Əliyevə məxsus olduğunu, bu ideyaların ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb. Və Dövlət başçısının regionların inkişafına göstərdiyi qayğılardan söz açılıb.Qeyd olunub ki, son 5-6 ayda İmişlidə aparılan tikinti-quruculuq işləri nəticəsində rayonun siması büsbütün dəyişib, daha da gözəlləşib. Qısa müddətdə rayonda bir sıra sosial obyeklər tikilərək istifadəyə verilib. Bu da rayon sakinləri tərəfindən razılıqla qarşılanıb. Heydər Əliyev və Gənclər mərkəzinin tikintisində əməyi olanlara rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar verilb.Sonra bölgədə analoqu olmayan musiqili fəvvarənin açılışı imişlilərdə ikiqat bayram sevincini yaşadıb. Sahəsi 1000 kvadratmetr olan musiqili fəvvarədə 2 minə yaxın işıq cihazı quraşdırılıb. İşıq effektləri altında yerli və xarici musiqilərini öz ritmik hərəkəti ilə canlandırılan fəvvarə müxtəlif çalarlarla ətrafa işıq saçır və rəqs edir. Gecə saatlarında isə yeni fəvvarə daha cazibədar görünür, şəhərə gözəllik verir.Parkda gəzintiyə çıxan hər bir şəhər sakini bu gözəlliyi seyr etməklə yanaşı həm də mənəvi rahatlıq tapır. Şəhərin digər küçə və prospektlərində, inzibati binalarında yeni işıqlandırma sistemlərinin olması isə havanın qaranlığında şəhəri daha mənzərəli edir. Bir sözlə, İmişlinin gecəsi də gündüzü kimi daha gözəl görünür.